Aqata Kristi

Aqata Kristi
ing. Agatha Christie
Doğum adı Agatha Mary Clarissa Miller[3]
Təxəllüsü Mary Westmacott
Doğum tarixi 15 sentyabr 1890(1890-09-15)[1][2][…]
Vəfat tarixi 12 yanvar 1976(1976-01-12)[1][2][…] (85 yaşında)
Dəfn yeri
Fəaliyyəti yazıçı, roman yazıçısı, detektiv yazıçısı[d]
Fəaliyyət illəri 1920–1976
Əsərlərinin dili ingilis dili
Janrlar avtobioqrafiya, detektiv
Tanınmış əsərləri
Üzvlüyü
  • Kral Ədəbiyyat Cəmiyyəti[d]
Mükafatları "Britaniya imperiyası" ordeni dama-komandoru "Britaniya imperiyası" ordeni komandoru
İmza
agathachristie.com
Vikimənbənin loqosu Aqata Kristi Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aqata Meri Klarissa Miller (ing. Agatha Mary Clarissa Miller; 15 sentyabr 1890[1][2][…]12 yanvar 1976[1][2][…]) — ingiltərəli yazıçı, dramaturq, detektiv janrının kraliçası. Daha çox birinci ərinin soyadı ilə Aqata Kristi (ing. Agatha Christie) kimi tanınır. O, dünyanın ən məşhur detektiv yazıçılarından biridir. Aqata Kristinin əsərləri bəşər tarixində (BibliyaUilyam Şekspirin əsərlərindən sonra ikinci[4]) ən çox nəşr olunan[5], eyni zamanda ən çox tərcümə olunan[6] əsərlərdən birinə çevrildi (7236 tərcümə[7]). O, 60-dan çox detektiv romanı, 6 psixoloji romanı (Mary Westmacott təxəllüsü ilə) və 19 hekayələr toplusunu nəşr etdirib. Onun 16 pyesi London teatrlarında tamaşaya qoyulub. Kitabları 4 milyard nüsxədən[8] çox nəşr olunub və 100-dən çox dilə tərcümə olunub. O, həmçinin bir əsərin teatr tamaşalarının maksimum sayına görə rekorda sahibdir. Aqata Kristinin “Siçan tələsi” pyesi ilk dəfə 1952-ci ildə səhnəyə qoyuldu və 2020-ci ilə qədər teatrda nümayiş olundu, sonra koronavirus pandemiyası səbəbindən dayandırıldı, lakin sonradan tamaşalar bərpa olundu.[9]

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Dame Agatha Christie // Encyclopædia Britannica (ing.).
  3. https://www.familysearch.org/ark:/61903/1:1:QJ81-65FD.
  4. "Author Spotlight — Agatha Christie" (ingilis). // bookclubs.ca. 2013-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-04-08.
  5. "Agatha Christie — Author" (ingilis). // bbc.co.uk. 2001-08-09. 2011-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-04-08.
  6. "Who is the world's most translated author?" (ingilis). thewordpoint.com. 2020-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-22.
  7. "Most translated author" (ingilis). Guinness World Records. 2020-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-22.
  8. Газета «Книжное обозрение», 2012 год, № 17.
  9. "Agatha Christie's 'The Mouse Trap' celebrates its tenth year (video, 1962)" (ingilis). // newsplayer.com. 2011-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-04-08.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne